həqiqətə oxşamayan (inanılmaz)

incredible! / you don’t say so! как можно!
həqiqətdən uzaq
həqiqətə yaxın
OBASTAN VİKİ
İnanılmaz Halk (film)
İnanılmaz Halk (ing. The Incredible Hulk) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "İnanılmaz Halk" Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar. "İnanılmaz Halk"da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir. 2003-cü ildə Universal Pictures tərəfindən çıxarılmış "Halk" filminin müxtəlif cür qəbul edilməsindən sonra Marvel Studios personajın ekranlaşdırılması hüququnu yenidən qaytarır. Əvvəl "Dəmir adam" filmini ekranlaşdırmaqla maraqlanmış rejissor Leteryeyə filmin rejissor kürsüsü etibar edilir, Penn isə komikslərə və eyni adlı teleseriala daha yaxın olan ssenari yazılması ilə məşğul olur. 2007-ci ilin aprelində Norton film üzərində işə başlayır; o əsas rolu canlandırmaqla yanaşı Pennin ssenarisini də təkmilləşdirir.
İnanılmaz Halk (film, 2008)

T.S. Spivetin inanılmaz səyahəti (film 2013)
Mister Spivetin inanılmaz səyahəti (ing. The Young and Prodigious T.S. Spivet-tərcümə: Kiçik yaşlı və qəribə T.S. Spivet) — Amerikalı yazıçı Reif Larsenin T.S Spivetin Seçilmiş İşləri kitabı əsasında Jan- Pyer Jeunet tərəfindən macəra janrında çəkilmiş film. Filmdə Kayl Catlett, Helena Bohman Karter, Cudi Devis və Renni Kallum Kit kimi film ulduzları iştirak ediblər. T.S. Spivet böcəklərin morfologiyası ilə məğul olan anası, atası və 14 yaşlı Miss Amerika olmaq arzuları ilə yaşayan bacısı ilə Montanada heyvandarlıq fermasında yaşayır. Filmdə ailənin mal-qaranı saxladığı yerdə odlu silahdan açılmış atəş nəticəsində həlak olmuş Spivetin kiçik qardaşı Layton da var. Layton həmişə Spivetin heç kəs olmadıqda gözünə görünür və atəş miqyasının ölçülməsi təcrübəsi üçün onunla söhbət edir, ancaq Spivet özü nə baş verdiyini başa düşmürdü. Spivet artıq 10 yaşı olanda elmi kəşflərə və kartoqrafiyaya böyük maraq göstərirdi. Bir gün o gözlənilmədən Smitsonian İnstitutundan zəng qəbul edir və ona, daimi mühərrikin kəşfinə görə çox nüfuzlu Beyrd mükafatının qalibi olduğu söylənilir və onun şərəfinə keçirilmiş tədbirdə özünün də iştirak etməsini istəyirlər. Bu haqda T.S.Spivet evdə heç kəsə demir və bu tədbirə yük qatarı ilə gedir. 39-cu Sezar Mükafatı təqdimatında film Ən Yaxşı Kinemotoqrafiya mükafatı qazanıb.